İrəvanda qan töküldü

Ermənistan paytaxtı İrəvanda silahlı insident baş verib.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, şəhərin Nubaraşen rayonunda avtomatla silahlanmış naməlum şəxslər “Nubaraşen” həbsxanasına hücum çəkiblər.

Atışma nəticəsində 3 nəfərin öldürüldüyü bildirilir. Onlardan biri hadisə yerində, ikisi isə xəstəxanada keçinib.

İrəvan polisi hadisə yerinə gəlib. Hazırda insidentin baş vermə səbəbləri araşdırılır. …read more

From:: ANS