Bakıda ticarət mərkəzində həyəcanlı anlar

Bakıda intihar məqsədi ilə ticarət mərkəzinin damına çıxan şəxs xilas edilib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatın görə, bu barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumat daxil olan kimi dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Özünün hündürlükdən yerə atmaq istəyən 1981-ci il təvəllüdlü Kənan Fazil oğlu Abbasov xilas olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS