Prezidentlər imza atdı (FOTO)

Azərbaycan və Bolqarıstan dövlətləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ANS PRESS-in məlumatına görə, müqaviləni Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rosen Plevneliyev keçirilən təkbətək görüşdən sonra imzalayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanda rəsmi səfərdədir. Dövlət başçısının səfəri çərçivəsində Sofiyanın Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

Daha sonra İlham Əliyev Sofiyada naməlum əsgərin məzarını ziyarət edib. Burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.

…read more

From:: ANS