Hakimi aldatmaq istəyən futbolçu biabır oldu (VİDEO)

Hakimi aldatmaq istəyən futbolçu biabır olub.

ANS PRESS-in məlumatına görə, hadisə Ukraynada “Metallurq” – “Karpat Lvov” matçında baş verib.

Oyunun son dəqiqələrində azarkeşlərin diqqəti yerdə uzanan futbolçuya yönəlib. “Metallurq”un futbolçusu Aleksandr Noyok hakimi aldatmaq üçün matçın artırılan əlavə vaxtında özünü yerə atıb.

Yerdə qıvrılan Noyoka nə futbolçular, nə də hakim fikir verməyib. Özünü yerdən-yerə vuran oyunçu istədiyinə nail ola bilməyib.

Futbolçu heç kimin diqqətini çəkə bilmədiyini anladıqdan sonra ayağa durub və oyuna davam edib. Həmin an kameraların obyektivindən yayınmayıb. Sonda isə ortaya maraqlı görüntülər çıxıb.

…read more

From:: ANS