ABŞ generalı Tehranı ittiham etdi

ABŞ Silahlı Qüvvələrin Qərargah rəisi, general Martin Dempsey Tehranı İraqda məzhəblərarası gərginliyi qızışdırmaqda günahlandırıb.

ANS PRESS-in məlumatına görə, o deyib ki, İran məzhəblərarası gərginliyi qızışdırmasa Tikrit əməliyyatına birbaşa dəstəyi müsbət amilə çevrilə bilər. İraq qüvvələri İslam Dövləti ekstremist qruplaşmasını Tikritdən çıxarmağa çalışır.

Senatın Silahlı Xidmətlər Komitəsində çıxış edən M.Dempsey söyləyib ki, İran döyüşçüləri 2004-cü ildən İraqda savaşır, ancaq Tikrit əməliyyatı iştirakın yeni həddini göstərir. Tikriti geri almağa çalışan qüvvələrin üçdə ikisi İrandan gələn şiə döyüşçülərdir. Qalan hissəni İraqın hökumət qüvvələri təşkil edir.

Xatırladaq ki, Tikrit İraqın keçmiş diktatoru Saddam Hüseynin doğulduğu şəhərdir. …read more

From:: ANS