Azərbaycanın bütün dünyada axtardığı iş adamı

Türkiyə İnterpol xətti ilə bütün dünyanın axtardığı 92 türk haqda məlumat yayıb.

ANS PRESS-in məlumatına görə, siyahıda olan şəxslər arasında Azərbaycanın da axtarışa verdiyi türkiyəli iş adamı Rami Doğan da var. Türkiyə vətəndaşı, 51 yaşlı Rami Doğan Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2-ci (vergidən yayınma – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib. Rami Doğan Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Rami Doğanın Türkiyədə ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu 92 türk İnterpolun qırmızı bülleteni ilə axtarışdadır. …read more

From:: ANS