BBC müxbiri 192 metrdən özünü yerə atdı (VİDEO)

BBC televiziyası müxbirlərindən biri qorxulu tullanış həyata keçirib.

ANS PRESS-in məlumatına görə, təbii gözəllikləri və macrəa idmanlarını sevənlərin seçdiyi ölkələrdən biri də Yeni Zellandiyadır. Dünyanın dörd bir yanından buraya banci-campinq (yüksəklikdən tullanmaq) həvəskarları axışmaqdadır.

BBC-nin sətyahət proqramıın müxbiri Karmen Roberts də bu ölkədə məşhur olan əyləncəyə laqeyd qala bilməyib. O, Oklenddəki “Sky Tower” binasından – 192 metr yüksəklikdən özünü aşağı atıb.
Binanın başına qurğuya bərkidilən bağın bir hissəsi müxbirin bədəninə bağlanıb və o heç bir zədə almadan yerə enib.

Havada ikən çox qorxan Karmen qışqıraraq qorxusunu üstələməyə çalışıb. Yerə endikdən sonra bir daha belə bir şey etməyəcəyini də vurğulayıb.

…read more

From:: ANS