Qalmaqallı casus vətəni üçün darıxıb

Amerikadan Rusiyaya qaçan keçmiş casus Edvard Snouden bildirib ki, o ABŞ-da ədalətli mühakimə olunacağına əmin olarsa, vətəninə qayıtmağı düşünür.

ANS PRESS-in məlumatına görə, bunu qaçaq casusun rusiyalı vəkili Anatoli Kuçerena bu barədə xəbəri öz müştərisi haqqında yazdığı kitabın təqdimat mərasimində verib.

Kuçerena deyib ki, Snouden vətənə qayıtmaq üçün ABŞ və Almaniya hüquqşünasları ilə hazırda iş aparır.

Məsələyə ABŞ-dan da cavab gəlib. ABŞ rəsmiləri bildiriblər ki, onlar Snoudenin qayıdışını dəstəkləyirlər, lakin o, Amerikada ona qarşı irəli sürülmüş ittihamlara cavab verməli olacaq.

Qeyd edək ki, Birləşmiş Ştatlar Snoudeni kəşfiyyat sirlərini yaymaqda ittiham edir. …read more

From:: ANS