Bu ölkə Bakıya 3 cüdoçu göndərir

San Marinonun Olimpiya rəsmiləri öz idmançılarına Bakı 2015 Avropa Oyunlarında iştirak üçün üç yer veriblər.

ANS PRESS-in məlumatına görə, San Marino nümayəndəliyi Bakı 2015 Avropa Oyunlarında iştirak üçün bu yerləri cüdoçular Karim Qərbiyə və Cessika Zannoniyə, eləcə də Stolüstü Tennisçi Letizia Giardiyə təqdim ediblər. Məqsəd bu üçlüyə Rio 2016 Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanmaq imkanı yaratmaqdır. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.

Qərbi 2013-cü ildə Lüksemburqda keçirilmiş Kiçik Ölkələrin Oyunlarında 100 kq çəkidə qızıl medal qazanmışdı. 23 yaşlı idmançı həmçinin 2012-ci ilin mart ayında Malta Beynəlxalq Açıq Çempionatında da birinci yeri tutmuşdu.

30 yaşlı Zannoni Kiçik Ölkələrin Oyunlarında 1999-cu və 2001-ci illərdə 70 kq çəkidə və 2003-cü ildə 63 kq çəkidə gümüş medallar qazanmışdı. 2014-cü ilin noyabrında Zannoni İtaliya çempionatında 78 kq çəki kateqoriyasında üçüncü yeri tutub.

Giardi bu mövsümdə Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Cadet Circuit” yarışlarında iştirak etmiş və İtaliya Çempionatına vəsiqə qazanmış üç San Marino idmançısından biri olub.

Bu yaxınlarda San Marino nümayəndə heyətinin sədri cənab Federiko Valentini digər 21 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri ilə birlikdə MOK-un Açıq Gün tədbirində iştirak etmək məqsədilə Bakıda olub. Tədbir zamanı təqdimatlarda, seminarlarda, idman proqramlarının təhlili və digər işlərdə son hazırlıqların gedişi barədə məlumat verilib.

Cənab Valentini San Marino MOK-un internet səhifəsində qeyd edib: “Deməliyəm ki, Azərbaycandakı təkşilat işləri məni heyran etdi. Məncə bütün təşkilat məsələləri və obyektlər Avropa Oyunlarına qədər vaxtında hazır olacaq”. O əlavə edib: “Biz idmançılar və məşqçilər üçün rahat məişət şəraitinin yaradıldığını gördük. Və mən gərgin olacağı gözlənilən bu yay barədə Bakıdan çox razı və xoş əhval ruhiyyə ilə qayıdıram.” …read more

From:: ANS