“Netanyahunun çıxışı təbliğatdır”

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ konqresindəki çıxışına rəsmi Tehran sərt münasibət bildirib. ANS PRESS-in məlumatına görə, bu barədə açıqlama verən İran XİN-in məruzəçisi Mərziyə Əfxəm Netanyahunun seçki təbliğatı ilə məşğul olduğunu deyib.

XİN rəsmisi bu təbliğatın Tel-Əvivdə yaşayan fanatik yəhudilərə istiqamətləndiyini bildirib.

“Netanyahunun bu çıxışı radikal qrupların sionist rejim tərəfdarları arasında belə tək qaldığının və zəiflədiyinin işarəsidir. Baş nazirin çıxışı həm də Tel Əvivdəki fanatiklərə istiqamətlənmiş seçki təbliğatının bir hissəsidir”.

Əfxam çıxışda nüvə proqramı barədə deyilən sözləri isə Netanyahunun mütəmadi təkrarladığı yalanlardan biri olduğunu vurğulayıb. …read more

From:: ANS