Bakıda xalq artistinin qardaşının evi yandı

Bakıda yanğın hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğın baş verən mənzilin sahibi Vaqif Hüseynov tanınmış gitaraçı, Xalq artisti Rəmiş Hüseynovun qardaşıdır. …read more

From:: ANS