İsraildən ABŞ-a böyük hörmətsizlik (VİDEO)

İsraillə Amerika Birləşmiş Ştatları arasındakı siyasi soyuqluq dərinləşir. İsrailin Baş nazirinin Ağ Evdən xəbərsiz Konqres qarşısında çıxış etmək niyyəti əsəbləri deyəsən tarıma çəkib. Rəsmi Tehran Amerikanın nüvə proqramının 10 il dondurma təklifini qəbuledilməz adlandırıb.

ANS TV-nin məlumatına görə, İsveçrənin Cenevrə şəhərində Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında danışıqlar davam edir. Görüş zamanı yaranan fasilədə iranlı nazir jurnalistlərə verdiyi açıqlamada tərəflərin danışıqların gedişatında irəliləyişə ümid etdiyini deyib.

“Biz davam edirik və irəliləyişlərə ümid edirik. Amma bəzi məsələlər üzrə suallar qalmaqdadır. Biz tam ciddiyyətlə onları həll etməyə çalışırıq. Əvvəl də demişik ki, danışıqların irəliləməsi üçün yeganə yol siyasi iradə nümayiş etdirməkdir”, – deyə Məhəmməd Cavad Zərif bildirib.

ABŞ-ın Dövlət katibi Con Kerri isə jurnalistlərə hər hansı bir açıqlama verməyib. O, sadəcə danışıqların davam etdiyini söyləyib.

Danışıqlar çərçivəsində Amerika Birləşmiş Ştatlarında səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Ev rəsmilərilə görüşməsə də, yəhudi icması qarşısında çıxışı zamanı İranı terrorçu ölkə adlandırıb.

ABŞ prezidenti Barak Obama isə hesab edir ki, İran 10 il müddətinə özünün nüvə proqramını dondurmalıdır. Onun sözlərinə görə, məhz bu halda İranın nüvə proqramına dair yekun razılaşma əldə oluna bilər. Obama İsrailin Baş naziri Benyamin Netanyahu ilə arasında olan fikir ayrılığından da danışıb:

“Netanyahu hesab edir ki, İranın nüvə fəaliyyətini dayandırmağın ən yaxşı yolu ya daha çox sanksiyalar tətbiq etməkdir, ya da hərbi müdaxilədir. Bununla da, İranın uranı zənginləşdirmə fəaliyyətinin qarşısını alamq istəyirlər”.

Danışıqlar çərçivəsində keçirilən iclasın sonunda, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano, İran rəsmilərini ölkənin nüvə fəaliyyətinə dair daha şəffaf olmağa çağırıb.

Ağ evdən xəbərsiz Konqresdə olan bu qalmaqallı danışıq onsuz da tarıma çəkilən Obama-Netanyahu münasibətlərini daha da dərinləşdirdi. Netanyahu isə mən Obamanı saymazdan gəlmirəm açıqlamasını edib. Obama onunla görüşməməsini İsraildə seçkilərə çox az vaxt qalması ilə əlaqələndirib. Siyasilər isə bunun arxasında elə siyasi niyyətin olduğunu deyirlər. Çünki Netanyahu Amerikanın İrana qarşı münasibətini daha …read more

From:: ANS