Porno ulduz qəzaya düşdü (FOTO)

Montana ştatında dağlarda istirahətdən qayıdarkən Kim Kardaşyan qızı və bacılarıyla qəzaya düşüb.

ANS PRESS-in məlumatına görə, qəza nəticəsində erməni porno ulduz və ailəsi xəsarət almayıb. Bu haqda sosial şəbəkədə porno ulduz özü məlumat verib.

Polis hadisə ilə bağlı bildirib ki, Kimin maşını qara Yukon GMC qarşılıqlı zolağa çıxıb və sonra avtomobil yol qırağına çırpılıb. Sürüşkən və qar yollarına görə ştatda bu günlərdə bir çox xırda qəzalar baş verib.

Kardaşyanın ailəsinin olduğu avtomobilin sükanı arxasında bacısı Xloe olub.

Onun avtomobili hərəkətdə olarkən qarşıdan gələn yük maşını qarı avtomobilin ön şüşəsinə töküb. Bu an Xloe heç nə görmədən qarşılıqlı zolağa çıxaraq qəza törədib.

Polis hadisə yerinə gəlib, ailədən heç kəs zərər çəkməyib.

…read more

From:: ANS