Elmar Məmmədyarov İranın nazir müavini ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə ölkələrimizin rəhbərləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan və İranın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfələri vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin regional sülh və təhlükəsizlik üçün əsas təhdid doğurduğu qeyd olunaraq, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğu diqqətə çatdırılıb.

Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığının regional inkişafa xidmət etdiyi qeyd olunub.

4-5 mart tarixlərində Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin Bakıda keçiriləcək iclasının əhəmiyyəti vurğulanıb.

İran xarici işlər nazirinin müavini İ.Rəhimpur Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla da görüşüb.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, elm-mədəniyyət, nəqliyyat və enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub. …read more

From:: ANS