“Ermənilər Qarabağı dərhal tərk etməlidir”

Martın 3-də Milli Məclisin Sədri Oqtay Əsədov Sloveniya Respublikası Parlamenti Milli Şurasının Sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

ANS PRESS-in Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, görüşdə Oqtay Əsədov bildirib ki, Azərbaycan Sloveniya ilə əlaqələrin inkişafında maraqlıdır: “Münasibətlərimizin dərinləşməsində dövlət başçılarımızın qarşılıqlı səfərləri və aparılan danışıqlar mühüm rol oynamışdır”.

Bu günə qədər ölkələrimiz arasında 12 sənəd imzalanmış, 8 sənəd layihəsi isə baxılmaq üzrədir. İqtisadi əlaqələrimizin inkişafı üçün əlverişli imkanlar mövcuddur. Bu gün Azərbaycanda 11 Sloveniya şirkəti fəaliyyət göstərir. Bu sahədə biznes forumların keçirilməsi və iqtisadi məsələlər üzrə Azərbaycan-Sloveniya birgə işçi qrupunun fəaliyyətinin canlandırılması əhəmiyyətli rol oynaya bilər. Təqdirəlayiq haldır ki, Azərbaycan-Sloveniya biznes alyansına Sloveniyanın 15 nüfuzlu şirkəti daxildir. Onların bir çoxu artıq ölkəmizdə müxtəlif sahələr üzrə tenderlərin qalibidirlər.

Söhbətdə spiker mədəni sahədə də əlaqələrimizin yüksək səviyyədə olduğuna diqqət çəkdi. O, 2011-ci ildə Prezident İlham Əliyevin Sloveniyaya səfəri çərçivəsində Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin memorial muzeyinin açılışını yüksək dəyərləndirərək, bu şəhərdə Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin yaradılmasını təqdir etdi.

Milli Məclisin sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin özünəməxsus rolu olduğunu vurğuladı. Deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşlərini və qarşılıqlı səfərləri əhəmiyyətli hesab etdi.

Azərbaycanın sürətli inkişafından söz açan sədr Dağlıq Qarabağ münaqişəsinin bölgənin təhlükəsizliyinə böyük maneə olduğunu söylədi. Bildirildi ki, erməni təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşmüş, ölkənin 20 faiz ərazisi işğal edilmişdir: “Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Bu işdə dünya birliyinin dəstəyinə ümid edirik”.

Sloveniya Respublikası Parlamenti Milli Şurasının Sədri Mitya Bervar ölkəsinin parlament Sədri kimi Azərbaycana ilk səfərindən məmnun qaldığını dedi. Qonaq Sloveniya parlamenti haqqında Milli Məclisin Sədrinə ətraflı məlumat verərək, ölkələrimiz arasında qanunverici orqanlar səviyyəsində əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğuladı. Qeyd edildi ki, Sloveniya həyatın ən müxtəlif sahələrində Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Səfər çərçivəsində ölkəsinin STA informasiya agentliyi ilə AzərTAc arasında bağlanmış əməkdaşlıq sazişinin bunun parlaq nümunəsi olduğunu söylədi. Bildirildi ki, …read more

From:: ANS