“Ben bilmem, eşim biler”in aparıcısı Bakıya gəlir

Türkiyənin populyar “Men bilmem eşim biler”verlişinin aparıcısı, aktyor İlker Ayrık Nizami Kino Mərkəzində imza günü keçirəcək və onun filmi təqdim olunacaq.

Mərkəzin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, martın 6-da tanınmış aktyor çəkdiyi və çəkildiyi “Yapışık kardeşler” komediya filmini Azərbaycan tamaşaçısına təqdim edəcək.

Halim və Selim iki şən və baməzə olan qardaşdılar. Onları başqalarından fərqli edən səbəb birbirinə yapışıq doğulmaları və istər istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xöşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda, özlərinə uyğun “xeyirli” qismət tapmaq üçün İstanbula üz tuturlar…

Filmdən əvvəl aktyor və rejissor İlker Ayırık aftoqraf sessiyası keçirəcək və mətbuatın suallarını cavablandıracaq.

Baş və əsas rollarda İlker Ayirik ilə yanaşı, Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sungur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülent Şakrak şəkiliblər.

Jurnalistlər filmə dəvətlidir. Həmçinin, filmin nümayişinə, sevimli aktyoru izləmək istəyən tamaşaçılarda qatıla bilərlər. Biletlər satışdadır. …read more

From:: ANS