Sultan Süleyman Bakıda belə göründü (FOTO)

Türkiyənin tanınmış aktyoru yeni rolu üçün imicini dəyişib. ANS PRESS-in məlumatına görə, aktyor Bakıda çəkilən “Əli və Nino” filmindəki rolu üçün yeni imicə bürünüb.

Uzun müddət yaddaşlarda “Muhteşem Yüzyıl”serialındakı Sultan Süleyman Qanuni rolu ilə yadda qalan aktyor Halit Erginç saçlarını tamamilə qırxdırıb, saqqalının görünüşünü dəyişib.

Aktyor bir neçə gün öncə Asif Kapadianın rəhbərliyi ilə aparılan “Əli və Nino”nun çəkilişlərinə qatılmaq üçün Bakıya gəlib.

Aktyor hava limanında pərəstişkarlarındn biri ilə foto çəkdirib. Bu sayədə onun yeni imici də görüntülənmiş olub.

Xatırladaq ki, dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişlərinə fevralın 24-dən başlanılıb. Müəllifi Qurban Səid olan “Əli və Nino” romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “Bafta” mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar Ninonun valideynlərini canlandıracaqlar. Filmdə tamaşaçılar həm də Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və Halit Ergenç kimi sevilən aktyorları da görəcəklər.

…read more

From:: ANS