İrinanın yerini bu qız tutdu (FOTO)

Dünyanın ən seksual modeli hesab edilən İrina Şeykdən ayrılıq xəbərləri ilə dünyanın gündəminə oturan Ronaldo keçmiş sevgilisini deyəsən tez unudub. Belə ki, futbolçu İrinanın əvəzini tezliklə tapa bilib.

ANS PRESS-in məlumatına görə, o beş illik bərabərlikdən sonra ayrılan İrinanı əsmər gözəl əvəz edib.

Sevgilisini dəfələrlə aldatdığı iddia edilən Ronaldo bu dəfə bir gecə klubundan çıxarkən görüntülənib. İspaniyanın paytaxtı Madriddəki klubdan əvvəlcə o, sonra isə mini ətəkli əsmər gözəl çıxıb.

Klubdan çıxan Ronaldo tələsə-tələsə maşına doğru gedib.

Həmin gecə oyunçunu bir dostu da öz sevgilisi ilə müşayiət edib.

Xatırladaq ki, Ronaldo və İrina Şeyk ötən ilin sonunda ayrılıblar. Cütlüyün uzun sürən münasibətinin bitməsinə səbəb kimi isə futbolçunun anası göstərilib. Belə ki, qadın İ.Şeyki gəlini kimi görmək istəmirdi.

…read more

From:: ANS