2015-ci ilin avtomobili

İsveçrənin Cenevrə şəhərində keçirilən avtomobil şousunda Almaniyanın “Volksvagen” şirkətinə məxsus Passat modelli avtomobil 2015-ci ilin ən yaxşı avtomobili seçilib.

ANS PRESS-in məlumatına görə, “Volksvagen” rəhbərliyi qələbə ilə əlaqədar mükafat əldə ediblər.

İlin avtomobilini, ənənəyə uyğun olaraq bu dəfə də jurnalistlər səsvermə yolu ilə müəyyən ediblər. Səsvermə zamanı 22 Avropa ölkəsindən 58 jurnalist iştirak edib.

“Volksvagen” Passat 340 bal ilə səsvermənin qalibi olub. Fransanın Sitoren C4 Kaktus modelli avtomobil 248 balla ikinci, Almaniyanın Mersedez-Benz C Klass modeli isə, 221 bal ilə 3-cü yerdə qərarlşaşıb.

Yeni Passat prototipindən fərqli olaraq toqquşmaya qarşı müdafiə sistemi, fövqəladə halda sürücüyə dəstək proqramı və yandan əsən küləyə qarşı stabilləşdirici proqramlarla təchiz olunub.

Avtomobilin qələbəsində də bu amillər əsas rol oynayıb. …read more

From:: ANS