Səfir Facebook-da yazdı

“ABŞ mümkün ola biləcək ən güclü, ən demokratik, ən inkişaf etmiş və müstəqil Azərbaycanı dəstəkləmək fikrinə sadiqdir. Biz həmçinin iki ölkə arasında güclü və müsbət münasibət qurmaq işimizə də sadiq qalırıq.”

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerika səfirliyinin Facebook səhifəsində yazıb.

O deyib ki. yuxarıda sadaladığım fikirləri həyata keçirmək üçün hər kəs ünsiyyətin iştirakçısına çevrilməlidir. Ümidvaram ki, bizi Facebook və Twitter-də izləməklə bu ünsiyyətdə iştirak edəcəksiniz.

Səfir, həmçinin insanların martın 10-14-də ölkə ərazisində keçiriləcək Amerika Həftəsi çərçivəsində baş tutacaq bir sıra maraqlı tədbirlərdə iştirak edəcəyinə ümid edir.

Diplomat eyni zamanda Azərbaycana gələcəyi ilə bağlı salamlama nitqində ölkədə hansı məkanlara getməsi ilə bağlı müraciətinə çoxsaylı cavab aldığını söyləyib: “Mənim salamlama videomda verilən üç seçimdən sizin 70%-iniz Qobustana səs vermisiniz. Mən tezliklə ora səfər edəcəyəm. Həmçinin, digər rəy və təkliflərinizə görə sizə öz təşəkkürümü bildirmək istərdim. Sizin fikirləriniz göstərdi ki, üzərində işləməli olduğumuz çox sayda mühüm məsələ var. Azərbaycanın fərqli yerlərindən ictimaiyyətin fərqli dairələrini təmsil edən insanlarla bu məsələlərin bir çoxunu müzakirə etməyə başlamışam və davam etmək ümidindəyəm.” …read more

From:: ANS