Şimali Koreya sərhədi açdı

Şimali Koreya martın 3-dən sərhədlərini xarici turistlər və biznesmenlər üçün açıb.

ANS PRESS-in məlumatına görə, sərhəd beş aydır Ebola virusuna görə bağlanıb. Qərbi Afrikada yayılmış Ebola virusunun episentrindən minlərlə kilometr uzaqda yerləşməsinə baxmayaraq Şimali Koreya dünyanın ən çox təcrid olunmuş ölkələrindədir.

Xatırladaq ki, eboladan dünyada 9 mindən çox ölən olub. Şimali Koreyada ölüm halı qeydə alınmasa da, ötən oktyabrda sərhədini bağlayıb.

Bu ilin aprel ayında keçirilməli olan idman yarışında da virusun yayılma təhlükəsi ilə bağlı əcnəbi idmançıların ölkəyə girişinə qadağan olunmuşdu. …read more

From:: ANS