“Facebook”dan qəribə funksiya (FOTO)

“Facebook” sosial şəbəkəsi qəribə xidmət təqdim edib.

ANS PRESS-in məlumatına görə, yeni xidmət intiharların qarşısını almaq üçün nəzərdə tutulub. Funksiyanı hazırlanan zaman saytın administrasiyası intiharların qarşısını almaqla məşğul olan bir neçə təşkilatla əməkdaşlıq edib.

Yeniliyə əsasən, “Facebook”un divarında xüsusi düymə olacaq. Əgər sosial şəbəkə istifadəçisi depressiv xarakterli şərhlər görərsə, həmin düyməyə basacaq. Nəticədə saytın administrasiyası hansısa istifadəçinin şübhə doğurması haqqında məlumat alacaq. Həmin şəxs tapılandan sonra onun bütün şərhləri yoxlanılacaq və o, növbəti dəfə öz səhifəsinə daxil olanda ona belə bir mesaj göndəriləcək: “Salam! Dostun düşünüb ki, sən hansısa çətinliklərlə rastlaşmışan və bizdən xahiş etdi ki, sənin son vaxtlardakı yazılarına baxaq”. Bu üsulla həmin şəxsə psixoloq köməyindən istifadə etmək imkanı veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl “Facebook” daha bir yenilik təqdim etmişdi.

Belə ki, əvvəllər ölən şəxslərin hesabı avtomatik olaraq bağlanırdısa, indi sosial şəbəkə istifadəçiləri öz hesablarını başqalarına ötürə, “miras qoya” bilərlər. Lakin bu halda da müəyyən məhdudiyyətlər olur. Məsələn, ölən adamın şəxsi mesajlarına heç kim baxa bilmzə. Lakin hələlik yeni funksiya yalnız ABŞ-da aktivdir.

…read more

From:: ANS