Nəqliyyatımızda yenilik (FOTO)

Bakıda sərnişin avtobsları üçün müvəqqəti dayanacaqlar yaradılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Koroğlu” metro stansiyası ərazisində idmançıların Atletlər kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılması üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur.

Dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək. Bununla da hər arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək.

Sözügedən meydança drenaj sistemi ilə təmin olunub.

Bundan əlavə həmin ərazidə işıqlandırma və digər abadlıq işləri nəzərdə tutulub.

…read more

From:: ANS