3800 cütlük eyni vaxtda evləndi

Cənubi Koreyanın şimalında yerləşən Kapxön şəhərində kütləvi toy mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, Birləşdirmə Kilsəsinin təşkil etdiyi toy mərasimində 50-dən çox ölkədən olan 3800 cütlük ailə həyatı qurub.

Mərasimdə Kanada, Böyük Britaniya və digər ölkələrdən cütlüklər iştirak edib.

Birləşdirmə Kilsəsinin təsis etdiyi kütləvi toy mərasimləri XX əsrin 60-cı illərindən etibarən təşkil olunur. …read more

From:: ANS