Bələdiyyə sədri seçicilərinə Bergüzar Koreli vəd etdi

Türkiyənin tanınmış aktrisası Bergüzar Korel Argentinada seçki vəədi oldu.

ANS PRESS-in məlumatına görə, bu barədə aktrisa jurnalistlərə açıqlamasında danışıb.

Ötən gün aktrisa Kənan İmirzalı oğlu ilə tərəf müqabili olduğu “Karadayı” serialının 100-cü seriyasının qeyd olunması tədbirində iştirak edib.

Tədbirdən çıxarkən Korel jurnalistlərə bəzi açıqlamalar verib. Filmlərinin Argentinada nümayiş olunduğunu deyən aktrisa bu ölkədə seçki vəədi olduğunu bildirib.

“Min bir gecə serialı burada böyük problem olmuşdu. Hekayəyə görə tənqidlərə məruz qalmışdım. Amma o serial Yaxın Şərq və Balkan ölkələrindən sonra indi də Argentinada nümayiş olunur. Hətta eşitdiyimə görə Argentinada bir bələdiyyə sədri seçicilərinə, “Əgər mənə səs versəniz Bergüzar Koreli gətirəcəyəm” – deyib. Elə bir dəvət olsa təbii ki, gedəcəyəm. Madam ki, məni bu qədər sevirlər”. …read more

From:: ANS