Hörümçək ilanı belə öldürdü (VİDEO)

Avstraliyada ilanla hörümçək arasında başlayan ölüm-dirim mübarizəsinin qalibi kiçik həşərat olub.

ANS PRESS-in məlumatına görə, kiçik bir ilan balası yeməyə çalışdığı hörümçəyin şikarına çevrilib.

Yerli fermerlərdən olan Nil Postletueyt baş verənləri telefonunun kamerası ilə çəkib.

Bildirilir ki, ilan balası hörümçəyi yeməyə çalışarkən hörümçək daha cəld hərəkətlə onu tora düşürüb.

Bir müddət diri qalan və fermerin çubuq zərbələrinə reaksiya verən ilan ertəsi gün hörümçəyin zəhəri ilə ölüb.

Qeyd edək ki, Avstraliyanın şərq sahillərində yaşayan həmin ilan, dünyanın ən zəhərli 25 ilanının sırasındadır.

Sadəcə Avstraliyada yaşayan redback hörümçəyi isə öz zəhəri ilə bir çox canlının həyatı üçün təhlükəlidir.

…read more

From:: ANS