Sürətlə gələn avtomobil piyadaya çırpıldı (FOTO)

Bərdədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdənin Koroğlu küçəsində qeydə alınıb.

Bərdə rayon sakini 25 yaşlı Xaliq Kərimov yüksək sürətlə idarə etdiyi VAZ-2101 markalı avtomaşınla idarəetməni itirərək yol kənarındakı piyadaya çırpılıb.

Ağır xəsarət alan piyada 28 yaşlı Rahib Zeynalov onu avtomobiliylə vuran sürücünün köməyilə Bərdə MRX-na çatdırılıb. Xəstəxanadan əldə etdiyimiz məlumata görə qəza nəticəsində yaralanan Ağdam rayonundan məcburi köçkün Rahib Zeynalovun sağ bud sümüyü sınıb və ağır kəllə beyin travması alıb.

Hazırda vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları da gəlib. Əldə etdiyimiz məlumata görə, hadisənin törətməkdə təqsirli bilinən Xaliq Kərimov özü polisə təslim olub. Hazırda baş vermiş faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

…read more

From:: ANS