Borisin qətlində ilginc hadisə (VİDEO)

Rusiya sui qəsd nəticəsində həyatını itirən müxalifət lideri Boris Nemtsov üçün yas tutur. Ölkəni sarsan bu cinayətin kimin tərəfindən idarə olunduğu bilnmir. Lakin versiyalar var. O, öldürülən zaman yanında ukraynalı manikenin olması isə ortada bir eşq məsələsi olduğuna da işarət edir. Amma planlaşdırılan cinayətlərdə kişinin yanında qadının olması anını gözləmək elə də çətin olmamalıdır.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiyanın tanınmış müxalifət liderlərindən Boris Nemtsovun qətli arxasınca bir çox sual işarəsi qoyub. İndi hamı bu cinayətin kim tərəfindən sifariş edildiyi barədə müxtəlif versiyalar irəli sürür. Rusiya İstintaq Komitəsi cinayət zamanı işlədilən güllələrin köhnə olmasını əsas gətirərək qatillərin qeyri-peşekar olduğu gənaətindədir. Ancaq hələ də cinayətkarların izinə düşmək mümkün olmayıb. Hadisə zamanı Nemtsovun yanında olan sevgilisi ukraynalı model Anna Duritskaya “Dojd” telekanalına müsahibəsində isə qatilin arxadan atəş açdığını və bu zaman heç kimin üzünü görmədiyini deyib.

Hadisə şahidi Anna Duristkaya deyib ki, hər şey ondan arxa tərəfdə baş verib: “Mən dönəndə yalnız açıq rəngli avtomobili gördüm. Amma onun nə nömrəsini, nə də markasını gördüm”.

Boris Nemtsovun qətlə yetirildiyi ərazidə olan bəzi videomüşahidə kameralarının hadisədən əvvəl söndürüldüyü ortaya çıxıb. “Kommersant” qəzetinin verdiyi məlumata görə, qətlin törədildiyi yerə – Moskva çayı üzərindəki körpüyə baxan kameralar təmir əsas gətirilərək əvvəlcədən söndürülüb. Hadisədən sonra yalnız bir kameranın görüntüləri yayılıb. Lakin həmin görüntülərdə konkret atəş anı yoxdur.

Birləşmiş Millətlər Təşkilatında çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov hadisənin siyasi məqsədlə istifadə edilməsinin iyrənc olduğunu deyib. Onun sözlərinə görə, Nemtsovun qətli ağır cinayətdir və bu cinayət sona qədər araşdırılacaq.

27 fevral tarixində öldürülən Boris Nemtsov sabah dəfn ediləcək. Dünən isə 50 minə yaxın insan Moskvanın mərkəzində matəm yürüşü keçirib.

…read more

From:: ANS