Atəşkəs yaxın saatlarda tam həyata keçiriləcək

“ABŞ Ukraynada atəşkəs razılaşmasının yaxın saatlarda tam həyata keçiriləcəyinə ümidlə yanaşır”.

ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Con Kerri fevralın 2-də Cenevrədə söyləyib.

Con Kerri bundan əvvəl rusiyalı həmkarı Sergei Lavrovla görüşüb və müzakirələr aparıb.

Görüş BMT İnsan Haqları Şurasının toplantısı çərçivəsində baş tutub.

Kerrinin Twitterdə yazdığına görə, görüşdə Ukrayna, Suriya və İranın nüvə proqramı ətrafındakı vəziyyət müzakirə olunub. …read more

From:: ANS