Bakıda alıcılar necə aldadılır? (VİDEO)

Bəzi vətəndaşlar supermarketlərə alış-verişə getmələrinə yaman peşiman olub. Qiymət dəyişikliyi problemi ilə üzləşdiklərindən. Onların sözlərinə görə, gördükləri bir, ödədikləri isə fərqli qiymət olduğundan şok yaşayıblar.

ANS TV-nin məlumatına görə, paytaxda yerləşən iki məhşur marketdə alıcıların aldadıldığı bildirilir. Piştaxtada yazılan qiymətlə mal alan şəxs kassaya yaxınlaşan zaman məhsulların yeni qiyməti ilə tanış olurmuş. Yəni alıcı məhsulu piştaxdada bir manata görürsə, kassada onun qiyməti dəyişir. Artıq məhsula görə bir manat da yuxarı pul ödəməli olduğunu öyrənir. Elə məhz buna görə də adıçəkilən marketlərdən birinə məhz – “Bizim” marketə üz tutduq. Burda bir neçə məhsulun qiymətini ilk olaraq piştaxtalarda gözdən keçirdik. Daha sonra həmin məhsulları kassirə təqdim etdik. Və buna görədə bizə məhsulların qiyməti ilə birlikdə qəbz təqdim edildi. Burda uyğunsuzluq müşahidə edilmədi.

Daha sonra adıçəkilən ikinci supermarketə – “Grandmarta” üz tutduq. Burda da eyni minvalla alış-veriş etdik. Məhsulların qiymətini əks etdiən kağızlarla tanış olduq. Həmin qəbzlə lentə ala bildiyimiz məhsulların qiymətini müqayisə etdik. Burda da heç bir qiymət artımı müşahidə edilmədi. Hər halda bu bizim gördüklərimizdir.

Əgər alıcılar bu kimi hallar müşahidə edərsə, İqtisadiyyat və Sənaye Nazirliyinin “qaynar xətt”i olan 195-ə müraciət etsin.

…read more

From:: ANS