3 nazir istefaya gedir

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, nəqliyyat naziri Lütfi Əlvan və daxili işlər naziri Efkan Ala tutduqları vəzifədən istefa verəcəklər. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu məlumat verib.

Portuqaliyaya yola düşən baş nazir “Esenboğa” hava limanında jurnalistlərə verdiyi açıqlamada hər 3 nazirin ötən gün son dəfə nazirlər kabinetinin iclasında iştirak etdiyini bildirib. Nazirlərin istefasının seçki qanununun tələbi olduğunu deyən baş nazir hər 3 nazirliyə nazir müavinlərinin nəzarət edəcəyini bildirib.

“Prezidentimizlə ötən həftə keçirdiyimiz iclasda 3 nazirliyə seçkilərə qədər indiki nazir müavinlərinin nəzarət ertməsinə qərar verdik. Ədliyyə nazirliyinə Kənan İpək, Daxili İşlər nazirliyinə Səbahəddin Öztürk, Nəqliyyat nazirliyinə Feridun Bilginin 6 martdan etibarən nəzarət etməsinə qərar verilib. Xeyirli olsun. Onsuzda bu, Türkiyədə on illərdir həyata keçirilən bir prosesdir. Həqiqətən buna ehtiyac varmı – deyə düşünmək lazımdır”. …read more

From:: ANS