Elnur Hüseynov xanım deputatla birlikdə “Şəffaf Oda”da (VİDEO)

Xocalı soyqırımı Türkiyədə təşkil edilən sərgi və teleproqramlar vasitəsilə anılıb.

ANS PRESS-in məlumatına görə, “Gözü yaşlı Xocalım” sərgi və proqramlar çərçivəsində Xocalı faciəsinin 23-cü ildönümü martın 1-də TV 8 telekanalının “Şəffaf oda” verilişində də yad edilib.

Verilişdə müxtəlif illərdə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş Dilarə Kazımova və Elnur Hüseynov, eləcə də millət vəkili Qənirə Paşayeva və məşhur italyan sənətçisi Alessandro Safina iştirak edib.

“O səs Türkiyə” mahnı müsabiqəsinin qalibi Elnur Hüseynov “Sometimes I feel like motherless child”, “Sənə də qalmaz” mahnılarını səsləndirib.

Qeyd edək ki, sərgi və proqramıların keçirilməsində məqsəd Xocalı həqiqətlərini dünyaya çatdırmaq və faciənin soyqırım olaraq tanınmasını təmin etməkdir.

…read more

From:: ANS