Dünyanın ən gözəl pulu: Manat (FOTO)

Dünyanın ən gözəl pullarından ibarət siyahıya Azərbaycanın pul vahidi də düşüb.

ANS PRESS-in məlumatına görə, gözəl dizayna və cəlbedici görünüşə malik, eləcə də mədəniyyətini özündə əks etdirən dünyanın ən gözəl pullarının siyahısı açıqlanıb.

Siyahıda ilk sıralarda, Azərbaycan Respublikasının pul vahidi olan Manat da yer alıb. Bundan başqa, digər ölkələrin də pul vahidləri öz unikallığı ilə seçilib.

Qeyd edək ki, yeni Azərbaycan Manatı 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılıb. Əskinas 120×70 mm ölçüdə olan ağ kağızda çap olunub. Əskinasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – Tar, Kamança və Dəfin qrafik təsvirləri verilib. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları var. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilib.

Əskinasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər var.

ANS PRESS dünyanın ən gözəl pullarından ibarət siyahını təqdim edir:

1. Əfqanıstan (Əfqani)

2. Avstraliya (Avstraliya dolları)

3. Azərbaycan (Manat)

4. Banqladeş (Taka)

5. Bermud adaları (Bermud dolları)

6. Braziliya (Braziliya realı)

7. Bruney (Bruney dolları)

8. Bolqarıstan (Bolqar levi)

9. Kanada (Kanada dolları)

10. Çili (Çili pesosu)

11. Çin (Renminbi)

12. Çin (Çin yuanı)

13. Kosta-Rika (Kosta-Rika kolonu)

14. Dominikan Respublikası (Dominikan pesosu)

15. Misir (Misir funtu)
…read more

From:: ANS