Borisin qatilinin maşını tapıldı

Rusiyada müxalifət lideri Boris Nemtsovun qatillərinin hadisə yerindən qaçarkən istifadə etdiyi avtomobil tapılıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiyanın “REN TV” kanalı xəbər verib.

Telekanalın saytında yerləşdirilən materialda deyilir ki, Ukraynada istehsal olunan ZAZ Chance maşını Moskva ətrafında qeydiyyatdan keçib.

Moskva ətrafı ərazidə yaşayan avtomobilin sahibəsini artıq dindiriblər. Məlum olub ki o, maşını çoxdan satıb.

Məlumatlara görə qatillərin qaçdığı avtomobil dünən tapılıb. Mütəxəssislər maşında ekpertiza işləri aparıb və orada istintaqa yararlı olacaq bioloji dəlillər tapıb. …read more

From:: ANS