95 yaşlı AzərTAc (VİDEO)

Azərbaycan mediyasına edilən təzyiqlərə baxmayaraq o dayanmadan inkişaf edir və özünün çətinliklərini geridə buraxmağı bacarır. Azərbaycanın necə deyərlər sanballı xəbər agentliyi olan AzərTAc 95 yaşını qeyd edir.

AzərTAc 95 yaşını ölkənin ən gözəl otellərindən birində, dünya xəbər agentliklərinin arasında qeyd etdi. Əslində Azərbaycana təşrif buyuran qonaqların missiyası gələn il ölkəmizdə keçiriləcək Dünya Xəbər Agentliklərinin V konqresinə hazırlıq məsələlərini müzakirə etmək idi. Zarafat deyil, AzərTAc gələn ildən başlayarq ta 2019-cu ilə qədər Dünya Xəbər Agentliyinə sədrlik edəcək. Məlumat üçün deyim ki, dünyanın müxtəlif ölkələrinin xəbər agentliklərinin daxil olduğu bu qurumun əsas məqsədi də xüsusilə qərəzsiz xəbər çatdırılmasını, mətbuat azadlığı prinsipini təmin etməkdir. Bəs, Azərbaycanda bu tarazlıq qorunurmu? Yəni, sabah dünya xəbərinin başına keçərkən xəbərdən xəbərsiz təəssüratı yaratmayacağıq ki? Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışında bu sualıma cavab tapdım.

“Dünyada baş verən hadisələr, hətta çox nüfuzlu xəbər agentliklərinin tərəfindən belə müxtəlif rakurslarda işıqlandırılır. Siyasi mənafelərə uyğun şəkildə təqdim olunur. Lakin obyektivlik, qərəzsizlik, faktın dəqiqiliyi informasiya aləmi üçün jurnalist üçün çox vacib bir prinsipdir”.

Rusiyanın TASS Agentliyinin baş redaktoru Mixail Qusmanla da imkan tapıb söhbətləşdik. AzərTAc-ın ad günündə hədəf təkcə bu agentlik yox, bütünlükdə Azərbaycan mətbuatının vəziyyəti oldu. Cənab Qusman ümumilikdə Azərbaycan mətbuatını güclü sayır. Amma yeni zamanda tövsiyyələri də var:

“Qəzetlərdə, jurnallarda, xəbər lentlərində, televiziya və radiolarda bizim yayımladığımız materiallar o qədər maraqlı olmalıdır ki, insanlar özləri məlumatı ənənəvi mediadan almağa can atsınlar. Ancaq sosial şəbəkələri xəbərləri geniş kütləyə çatdırmaq üçün istifadə etməliyik”.

AzərTAc-ın baş direktoru Aslan Aslanov da 95 yaşın ağırlığını öz çiyinlərində daşıyır. Gələn ildən o həm də dünya xəbər agentliklərinin yükünü daşıyacaq:

“Bu gün AzərTAc dünyanın ən nufuzlu agentlikləri ilə çox yaxşı əlaqələr qurub. AzərTAc dünya informasiy siyasətini müəyyənləşdirən təşkilatların nəyinki üzvüdür, hətta onların bir çoxunda rəhbər heyətinin də üvüdür”.

AzərTAc bizə Xalq Cümhuriyyətinin yadigarıdır. 95 ildə o zamanın çox sınaqlarından keçib. Azadlıq dəyərlərindən də yazıb, sovet dəyərlərindən də. Dəfələrlə adı dəyişib. Amma mahiyyəti …read more

From:: ANS