Ermənilərin iyrənc şousu (VİDEO)

Ermənistanda azərbaycanlı girovlar barəsində aparılan saxta məhkəmə sona çatmaq üzrədir. Ermənilər Azərbaycan torpaqlarında girov götürlən vətəndaşlarımıza qarşı ağlasığmaz ittihamlar irəli sürüb. Bir müddət əvvəl Azərbaycanda əsir olmuş və beynəlxalq təşkilatların vasitəçiliyilə 3-cü ölkəyə göndərilən Smbat Çakanyan da bugünkü prossesdə iştirak edib və ağlasığmaz ittihamlar səsləndirib.

ANS TV-nin məlumatına görə, ermənilər beş aydır əsirlikdə saxladıqları Kəlbəcərdən olan girovlar üçün bu gün növbəti məhkəmə prosesini keçirib. Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün təşkil olunan məhkəmə şousunda girovlarımız ata-baba torpaqlarına getdiyi üçün mühakimə ediliblər. Məhkəmə məzhəkəsində girovlarımız saxlanılarkən onların üzərindən götürülən əşyalar nümayiş etdirilib. Guya Dilqəm Əsgərovun üzərindən götürüldüyü iddia edilən avtomatla yetkinlik yaşına çatmayan Smbat Çakanyan öldürülüb. Bundan başqa, məhkəmədə o da iddia edilib ki, girovlarımız Smbat Çakanyandan 87 min dram (157 manat – red) pulu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, telefon kartları, idman geyimi və pencək oğurlayıb.

Şahbaz və Dilqəm onlara qarşı sürülən iddiaların əsassız olduğunu deyərək üzərlərində avtomat deyil yalnız ov tüfəngi olduğunu söyləyiblər. Məhkəməyə şahid qismində, başqa sözlə desək Şahbaz və Dilqəmin üzünə durmaq üçün vaxtilə Azərbaycan tərəfə keçmiş erməni diversantı Akop İnciqulyan da gətirilib. Hansı ki, bu İnciqulyan 2013-cü ilin avqust ayında Azərbaycan tərəfinə keçərək Ermənistana qayıtmaqdan imtina etdiyini söyləmişdi. Akop ölkəmizə keçmə səbəbini Ermənistan ordusunda işgəncələrə məruz qaldığı, dözülməz vəziyyətlə üzləşdiyi ilə izah edərək, ümumiyyətlə Qarabağda döyüşmək istəmədiyini vurğulamışdı:

“Yemək-yeyib, içki-içirdik uşaqlarla. Tağım komandiri məcburən məni su dalınca göndərməyi əmr verdi. Təpiklə gözümə vurdu, bu zaman aramızda dava düşdü. Bu səbəbdən də məcbur olub, könüllü şəkildə Azərbaycana tərəfinə keçdim”.

İndi isə maraqlısı odur ki, bir ildən çox Azərbaycanda qalan və bu müddət ərzində ona çox yaxşı qayğı göstərildiyini, yüksək şərait yaradıldığını deyən İnciqulyan bu gün bizim girovlara saxta şahidlik edir. Hətta məhkəmədə dindirilərkən Akop İnciqulyan vaxtilə Azərbaycana tam fərqli səbəbdən keçməsini açıqlayıb. O, görmə qabiliyyətinin zəif olduğundan ərazini düzgün təyin edə bilmədiyindən Azərbaycana keçdiyini deyərək əsirlikdə …read more

From:: ANS