Tacikistan seçki keçirdi

Tacikistanda ötən bazar parlament seçkiləri keçirilib.

ANS PRESS-in məlumatına görə, ölkənin Seçki Komissiyası 4.3 milyon seçicidən 82 faizinin səsverməyə gəldiyini açıqlayıb.

Müşahidəçilər martın 1-də keçirilən parlament seçkilərində qanun pozuntularının baş vertdiyini bildiriblər. Seçki pozuntuları sırasına bir nəfərin bütün ailə üzvlərinin yerinə səs verməsi, seçki monitorlarının asılmaması, seçicilərə kimə səs verməklə bağlı təlimat verilməsi daxildir.

Beynəlxalq müşahidəçilər seçki kampaniyasını da tənqid edib. Parlamentin aşağı palatasında 63 yer uğrunda 300-dək namizəd mübarizə aparıb.

Xatırladaq ki, prezident Emomali Rahmonun Xalq Demokratik Partiyası hazırda 55 yeri tutub və bu seçkidə önə çıxıb. Nəticələrin bu gün elan olunması gözlənilir. …read more

From:: ANS