Türkiyədə qadına qarşı misilsiz vəhşilik

Türkiyədə qadına qarşı zorakılığı nümayiş etdirən, vəhşicəsinə törədilmiş növbəti qətl hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, İstanbulda tək başına yaşayan qadının evindən meyiti tapılıb.

Bildirilir ki, veterinar kimi fəaliyyət göstərən 41 yaşlı Şölen Doğandan bir müddətdir xəbər ala bilməyən yaxınları bu barədə polisə məlumat veriblər. qadının yaşadığı evin qapısını çilingər yardımı ilə açan polis Doğanın xüsusi amansızlıqla öldürülmüş meyitini aşkarlayıb.

Polis rəsmiləri Şölen Doğanın əllərinin və ayaqlarının iplə bağlandığını, başına torba keçirilərək öldürüldüyünü qeyd edib.

Ölümün dəqiq səbəblərinin müəyyən olunması üçün meyit məhkəmə tibbi ekspertizasına göndərilib.

Faktla bağlı istintaq başladlıb və araşdırmalar davam edir. …read more

From:: ANS