Nemtsovun qətli siyasi edamdır

Britaniyanın paytaxtı Londondakı Rusiya səfirliyinin qarşısına yığışmış 200 nəfərlik qrup müxalifət lideri Boris Nemtsovun xatirəsini yad edib.

ANS PRESS-in məlumatına görə, Toplaşanlar səfirliyin darvazası önünə əklillər düzüb şamlar yandırıblar.

Eyni vaxtda küçənin əks tərəfinə toplaşmış başqa bir qrupun əllərində Ukrayna bayraqları və “Putinin müharibəsini dayandırın” şüarları yazılmış plakatlar olub.

Toplaşanlar həmçinin “Qalx Rusiya” tipli şüarları səsləndiriblər.

Londonda yaşayan rusiyalı biznesmen Yevgeni Çiçvarkin Nemtsovun qətlini “siyasi edam” adlandırıb.

O deyib ki, hətta bu qətlin sifarişini verməsə belə, fərqli düşüncəni məhv edən bu sistemi Putin yaradıb.

Londonda qətlə yetirilmiş Rusiya xüsusi xidmətlərinin casusu Aleksandr Litvinenkonun xanımı Marina BBC Rus xidmətinə müsahibəsində deyib ki, Rusiya siyasi sistemlə çarpışan Ukraynadan nümunə götürməlidir.

Marina Litvinenko Nemtsovun qətlini Rusiya hakimiyyətinin ictimaiyyətə verdiyi hədəli mesaj adlandırıb. …read more

From:: ANS