Məşhurların dietoloqu öldü (FOTO)

Türkiyədə məşhurların dietoloqu kimi tanınan pəhriz mütəxəssisi Yelda Kavecioğlu şübhəli şəkildə dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, Kahvecioğlunun cəsədi yaşadığı evdə aşkarlanıb.

Yelda Kahvecioğlundan 2 gündür xəbər al bilməyən dostları onun tək yaşadığı Ulus məhəlləsindəki evinə yollanıblar. Qapının döyülməsinə cavab verilmədiyindən hadisə yerinə polis çağırılıb. Qapını açaraq evə girən polis yataq otağında Kahvecioğlunun cəsədi ilə qarşılaşıb.

30 yaşlı dietoloqun cəsədi, ölüm səbəblərinin öyrənilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib.

Bildirilir ki, Yelda Kahvecioğlu son dəfə sosial şəbəkədəki səhifəsində bu mesajı yayıb:

“Ancaq kimisə xöşbəxt eləmək üçün yaşadın. Nə onları xöşbəxt edə bildin. Nə özün xöşbəxt qaldın. Bəs sonra? Sevgi 3 nəfərlə yaşanmaz! Yaşansaydı sevgi olmazdı.”

…read more

From:: ANS