Nərimanov rayonunda zəncirvari qəza

Gecə Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtoqəza rayonun Ziya Bünyadov prospektində baş verib. Adıçəkilən prospektlə üzü Koroğlu metrostansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olan “Mercedes” və “Mazda” markalı maşınlar toqquşub. Bundan sonra isə nəqliyyat vasitləri idarəetmənin itirilməsi nəticəsinədə evakuatora çırpılıblar.

Zərbənin təsiri güclü olduğundan avtomobillərdən biri divara, digər nəqliyyat vasitəsi isə prospektin beton arakəsməsinə dəyərək oranı yararsız hala salıb.

Qəza nəticəsində xəsarət alan olmasa da hər üç avtomobil yararsız vəziyyətə düşüb. Nəqliyyat vasitələri evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılır. Faktla bağlı Nərimanov rayon dövlət yol pois şöbəsində araşdırma aparılır. …read more

From:: ANS