Onların qarşısında geri çəkilməyin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç – yaradıcılıq üçün yaxşı zamandır. Refleksiya, hisslərə qapılmaq pis nəticələr verə bilər. Sizə təsir etmək istəyən insanın sözlərinə uymayın, vədlərinə aldanmayın. Ən müxtəlif, hətta gözlənilməz mənbələrdən informasiya əldə edə bilərsiniz. Günün ikinci yarısında ailədəki durum yaxınlarınızın əhvalından, onların emosional durumlarından asılıdır. Sərt sözə aqressiya ilə cavab vermək optimal davranış deyil. Vacib işə yetərincə diqqət ayırmamağınız qıcıqlanmaya səbəb ola bilər. Axşam saatlarını təklikdə keçirməyə çalışın.

Buğa – maliyyə məsələləri ilə bağlı qayğılarınız arta bilər. İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin. Köhnə dostlardan birinin məsləhətindən yararlanın. Günün ikinci yarısında durumda dəyişikliklər olacaq. Ailə üzvlərindən birinin qayğıya ehtiyacı var. Onu diqqətlə dinləyin, mütləq şəkildə yardım edin. Axşam saatlarında yola çıxmaq, səyahətə yollanmaq məsləhət deyil. Rasionunuza fikir verin. Nikbin olun.

Əkizlər – yaxın gələcəklə bağlı strategiyanı hazırlamaq üçün münasib zamandır. Emosiyalarınıza hakim olun, soyuqqanlı davranın. İntuisiyanıza güvənə bilərsiniz. Vəziyyəti təhlil edərək problemlərin həll yollarını arayın. Dəqiq plan hazırlayın. Günün ikinci yarısında yaxın ətrafınızdak insanların dedikləri davranışınıza və əhvalınıza ifrat təsir etməməlidir. İrəliləmək üçün gərəkli metodlardan yararlanın. Əməllərinizlə bağlı gözlənilən reaksiya olmazsa, hisslərə qapılmayın. Axşam saatlarında süst olmayın, bədbinləşməyin.

Xərçəng – planlaşdırdığınızdan artıq maliyyə vəsaiti xərcləməkdən çəkinin. Kənar şəxslərin problemlərini həll etməli olacaqsınız. Cərimə və ya cəza istisna deyil. Ehtiyatlı davranın. Sükan arxasında sayıq olun. Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə ənənələri pozmayın. Müstəqilliyə can ataraq azadlıq istəyirsinizsə, başqasının maraqlarını da nəzərə almalısınız. Prinsiplərinizə xəyanət etməyin. Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradlar ağır, sərt olmamalıdır.

Şir – yaşanan situasiya planlara ciddi dəyişikliklər tələb edir. Qəfil yaranmış problemləri dərhal həll etməyə çalışın. Çətinliklərin həllini təxirə salmayın, əsla ertələməyin. Dost və ya qohumları yardıma çağıra bilərsiniz. Belədə ən ciddi sədləri dəf edə bilərsiniz. Günün ikinci yarısı …read more

From:: ANS