Qanlı ocaq başında (VİDEO)

Xocalı və Çingiz Mustafayev bir-birini xatırladır. Sanki biri addı, o biri soyad. Hər il həmin gün Milli Qəhərman Çingiz Mustafayevin qəbri üzərinə əklil aparardıq, dua edərdik, quran oxutdurardıq. Bu bir millətin öz fədakar övladına minnətdarlıq borcu idi. Bu dəfə Çingizə ünvanlanan təşəkkür, minnətdarlıq dolu dualar daha etibarlı yolla göndərildi. Çingizin anası, bizim hamımızın “ana” dediyimiz Naxış xala apardı. Gözümüzün nuru, canımız ana!!! Bundan sonra torpğa sözün həqiqi mənasında ana torpaq deyə biləcəyik. Biz indiyədək ona başqa analara görə ana deyirdik. İndi sən bizim ana torpağımızsan. İndi sənə ithaf olunmuş filmdən danışacam. İstanbuldan. Qanlı Yanvarın Qalasından.

Türkiyədə Yanvar deməzlər, Ocaq deyərlər. Ona görə də burada Vahid Mustafayevin “Qanlı yanvar” filmi “Qanlı ocaq” kimi təqdim olunurdu. Afişalar da elə hazırlanmışdı ki, sanki hər yerdə bir qırmızı ocaq yanırdı. Filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayev Türkiyə tamaşaçısı üçün yeni deyildi. Burada onu məşhur “Xoca” filmindən tanıyırlar. Ona görə də Vahidə bəzən elə xocam da deyirdilər və etiraf edim ki, dostuma belə müraciət forması mənim çox xoşuma gəlirdi. “Qanlı Yanvar”ın İstanbulun mərkəzində baş tutan Qala-sının mötəbər bir kontingenti var idi. Ən nüfuzlu iş adamları, yerli incəsənət və mədəniyyətçilər… Bir sözlə təşkilində “Palmali” Şirkətlər Qrupunun böyük rolu olan Qala-da maraq tıxacı var idi.

“Qanlı yanvar” filmi müstəqillik mübarizəsindən bəhs edir. Bu flmə baxaraq necə mübarizə aparmaq, vətən uğrunda necə döyüşmək lazım olduğunu öyrənmək lazımdır. Mənim anam şəhid anasıdır. Mənim qardaşım Qarabağ müharibəsində şəhid olub. Ona görə də bu filim mənim, o cümlədən də bütün şəhidlərin analarına ithaf olunub”, – deyə “Qanlı yanvar” filminin rejissoru Vahid Mustafayev bildirib.

Vahidin verdiyi cavablar daha çox təhlil xarakteri daşıyırdı. Ona görə ki, nə qədər özümüzü öysək də, orta Türkiyə tamaşaçısı Azərbaycanın ən yeni tarixini ya səthi bilir, ya da ümumiyyətlə bilmir. Müəllifin vermək istədiyi mesaj da elə bu idi: İki dövlətə bir millətiksə, iki dövlətə bir kədər və iki dövlətə …read more

From:: ANS