Yük maşını aşdı, tıxac yarandı

Bakı-Qazax magistralında avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Bu gün saat 17:00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır tonnajlı yük avtomobili yolun hərəkət hissəsində aşıb.

Ölən və xəsarət alan olmasa da avtomobilin yük hissəsində olan taxta materiallar yola tökülüb.

Bu səbəbdən də magistralda avtomobillərin hərəkətində problem yaranıb.
Hazırda yol polisi əməkdaşları hərəkəti bərpa etmək üçün tədbirlər görürlər.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. …read more

From:: ANS