Ərdoğan ordunu İraqa göndərir?

Türkiyə hökuməti bu il ordunu İraqa göndərəcək.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə İraqın Mosul şəhərinin valisi Esil Nuceyfi çıxış edib.

Onun sözlərinə görə, Türkiyə ordusu İraq və ABŞ qoşunlarının Mosulu İŞİD terrorçularının əlindən azad etmək üçün həyata keçiriləcək xüsusi əməliyyatda iştirak edəcək.

Vali bildirib ki, İŞİD-ə qarşı genişmiqyaslı hərbi əməliyyat bu il keçiriləcək.

İraq kürd muxtar vilayətinin rəhbəri Məsut Barzaniyə yaxınlığı ilə tanınan Rudaş xəbər agentliyinə müsahibə verən Esil Nuceyfi bildirib ki, Türkiyə hökuməti İraq ordusuna dəstək vermək üçün qoşun göndərmək barədə qərar çıxarıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə tərəfi bəyan etmişdi ki, rəsmi Ankara İŞİD-ə qarşı quru əməliyyatlarına başlamaq barədə fikirləşmir, lakin hərbi ləvazimatlarla İraq ordusuna dəstək verəcək. …read more

From:: ANS