Dollar rekord vurdu, düşdü

Türkiyədə dollar rekord dərəcədə bahalaşdıqdan 3 gün sonra sürətlə ucuzlaşmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə Mərkəzi Bankın sədri Ərdəm Başçı bir neçə gün əvvəl bəyan etmişdi ki, MB faiz dərəcələrini aşağı salacaq. Sədrin bu açıqlamasından sonra dollar bahalaşraq tarixi rekord vurdu – 1 ABŞ dolları 2,51 lirə oldu.

Lakin bu gün MB sədri açıqlama verdi ki, faiz dərəcələrrinin aşağı salınması bazar şərtlərinə uyğun gəlmədiyi üçün bu qərar ləğv edilib.

Beləliklə, ABŞ dolları lirə qarşısında kəskin ucuzlaşaraq 2,43 lirə təşkil edib.

Qeyd edək ki, dollar son günlər Rusiyada da sürətlə ucuzlaşmağa başlayıb. …read more

From:: ANS