Tikinti ilə bağlı vacib qərar

Nazirlər Kabineti tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydalarını təsdiq edib.

ANS PRESS-in məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nın təsdiq edilməsi haqqında qərarla aşağıdakı qaydalar müəyyən edilir:

Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı üzrə ümumi tələbləri müəyyən edir.
1.2. Bu Qaydalara bina və qurğuların layihələndirilməsi zamanı mülkiyyət formasından asılı olmayaraq, bütün subyektlər tərəfindən riayət olunmalıdır.
1.3. Bu Qaydalar yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə şamil olunur.

2. Əsas müddəalar

2.1. Bina və ya qurğunun mühəndis-kommunikasiya təminatı, obyektin təyinatına uyğun olaraq istismar olunması üçün kifayət etməli və onun istismar zamanı təhlükəsizlik qaydalarının tələblərinə cavab verməlidir.
2.2. Bina və ya qurğunun mühəndis-kommunikasiya təminatı sistemi, obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrindən və qurğularından ibarətdir.
2.3. Bina və ya qurğunun layihə sənədlərində aşağıdakılar nəzərdə tutulmalıdır:
2.3.1. bina və ya qurğunun təhlükəsizlik qaydalarına uyğun istismar olunmasının təmin edilməsi;
2.3.2. mühəndis-kommunikasiya təminatı sistemlərinə düşən və obyektin təyinatına uyğun istismar edilməsi üçün yetərli olan istismar yüklərinin göstəriciləri barədə məlumatlar;
2.3.3. zədələnməsi nəticəsində dövlət və bələdiyyə mülkiyyəti, hüquqi və ya fiziki şəxslərin əmlakı və ya ətraf mühit üçün təhlükə yarada biləcək üstüörtülü elektrik xətlərinin, boru kəmərlərinin və digər qurğuların yerləri barədə məlumatlar.
2.4. Layihə sənədlərində bina və ya qurğuda qəza halları baş verən zaman su, qaz və elektrik verilişini dayandıran texniki vasitələr nəzərdə tutulmalıdır.
2.5. Bina və qurğuların insanların daimi olduğu yerüstü mərtəbələrində yerləşən otaqlar təbii və süni işıqlandırma ilə, yeraltı mərtəbələr isə insan sağlamlığına ziyan vurmaması üçün kifayət edən süni işıqlandırma …read more

From:: ANS