ABŞ-da 18 trilyon borc

ABŞ-ın dovlət borcu 18 trilyon dollara çatıb.

ANS PRESS-in məlumatına görə, büdcə xərclərinin artımı Barak Obama administrasiyasının ünvanına yeni tənqid dalğasının hədəfinə çevrilməsinə səbəb olub.

Qeyd edə ki, Barak Obama 2009-cü ildə ABŞ-a rəhbərlik etməyə başlayan zaman dövlət borcu 10,6 trilyon dollar olub. 5 il ərzində borcun məbləği 70% artıb.

“Bu Amerika üçün həyəcan sayılmalıdır”, – deyə Respublikaçılar partiyasının Milli komitəsinin sədri Rayns Pribus bildirib.

Pribus 2008-ci ildə Obamanın dövlət borcunun dörd trilyon dollar artdığına görə Corc Buşu tənqid etməsini xatırladıb.

Prezidentliyə namizəd olarkən Obama bildirmişdi ki, bu qədər böyük dövlət borcuna gələcək nəsilləri məhkum etmək məsuliyyətsizlikdir. Pribusanın sözlərinə görə, Obama 7,3 trilyon dollarda dövlət borcu artırmaqla “məsuliyyətsizliyin yeni səviyyəsinə” nail olub.

“Tea Party Patriots” siyasi təşkilatının nümayəndəsi Kevin Broutonun hesablamalarına görə, ölkə əhalisi arasında ABŞ-ın dövlət borcunun məbləğini bölüşdürmək lazım olsa hər bir kişi, hər bir qadın və hər bir uşaq 56 250 dollar ödəməli olacaq.

Brouton və Pribus daha ağıllı büdcə siyasətinə və dövlət ehtiyaclarına xərclərin azalmasına çağırıb. “Bizim uşaqlarımız və nəvələr ən yaxşıya layiqdirlər”, -deyə Pribus qeyd edib. …read more

From:: ANS