Sürüşkən yol 25 maşını bir-birinə çırpdı (FOTO)

ABŞ-ın Missuri ştatında 25 maşının iştirak etdiyi böyük zəncirvari qəza baş verib.

ANS PRESS-in məlumatına görə, bu barədə “NBC News” xəbər verir.

Qəzanın əsas səbəbi güclü yağan qar olub. İnsident Rolla şəhəri yaxınlığında baş verib. Hadisə içində 55 nəfər olan sərnişin avtobusunun qoşqulu yük maşınına toqquşmasından sonra baş verib. Bundan sonra bütün digər maşınlar zəncirvari olaraq qəza törədib.

Nəticədə sərnişin avtobusundakı 11 yaralı xəstəxanaya yerləşdirilib. Lakin bununla qəzanın ölümcül təhlükəsi sovuşmayıb. Daşınan sisternlərin birindən tezalışan maye tökülməyə başlayıb. Xoşbəxtlikdən mayenin alışmasının qarşısını almaq olub.

…read more

From:: ANS