İlk milli agentliyin ad günüdür

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) yaranmasından 95 il ötür.

1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulmuş ilk milli xəbər agentliyi mürəkkəb və şərəfli yol keçib. Xalq Cümhuriyyətinin süqutundan sonra agentlik SİTA-nın filialı kimi fəaliyyət göstərib, 70 il ərzində adı 7 dəfə dəyişdirilib. Nəhayət, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı özünə qaytarılıb.

AzərTAc bu gün ölkə həyatının bütün sahələri – ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində 7 dildə – Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 30 mindən artıq xəbər, 80 mindən çox foto, 800-dən artıq videoxəbər, 30-dən çox infoqrafika materialı daxildir. Dünyanın bir çox nüfuzlu informasiya agentlikləri mötəbər və etibarlı xəbər qaynağı kimi tanınan AzərTAc-ın informasiyalarından istifadə edir. AzərTAc regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir.

Qlobal informasiya məkanında özünəməxsus yer və mövqe tutan AzərTAc 2004-cü ildən dünyanın nüfuzlu informasiya agentliklərini özündə birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvüdür və hazırda OANA-nın saytında yerləşdirilən informasiyaların sayına görə liderdir.

2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) daxil olan AzərTAc, eyni zamanda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) təsisçilərindən biridir.

2011-2013-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına sədrlik edən AzərTAc hazırda Türkdilli Xəbər Agentlikləri Birliyində eyni missiyanı həyata keçirir.

AzərTAc 40-a yaxın ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurla əməkdaşlıq edir. Yaxın günlərdə daha bir neçə ölkənin informasiya agentlikləri ilə müqavilələr imzalanacaq.

2008-ci ilin sentyabrında AzərTAc OANA-nın İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclasına ev sahibliyi edib. İlk dəfə olaraq, Avropa və Asiyanın 20-dən çox ölkəsinin …read more

From:: ANS